Ermənistan polisi Qazaxla sərhəddəki Kirants kəndinin girişində 14 etirazçını saxlayıb.
APA erməni telegram kanallarına istinadən xəbər verir ki, həmin şəxslər Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası haqqında razılaşmaya etiraz ediblər.
***
16:22
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb.
APA-nın xəbərinə görə, bu barədə erməni telegram kanallarında məlumat yerləşdirilib. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.
Eyni zamanda, Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası haqqında razılaşmaya etiraz əlaməti olaraq Kirants kəndinə daxil olmaq istəyən sakinləri əraziyə buraxmayıb.
Baş verən toqquşma nəticəsində polis onlara müqavimət göstərən vətəndaşlardan bir neçəsini saxlayıb.