İcra başçısından xanım jurnalistə qarşı kobudluq-VİDEO
Xəbər verdiyimiz kimi, dünən Bakının Yasamal yayonu Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidinin sökülməsi etiraza səbəb olub.
RePost.Az xəbər verir ki, etiraz aksiyası ilə əlaqədar olaraq hadisə yerinə gələn Yasamal rayon icra başçısı İbrahim Mehdiyev ondan açıqlama almaq istəyən xanım jurnalistə qarşı kobudluq edib.
Belə ki, məscidin söküntüsü ilə bağlı açıqlama verməkdən imtina edən icra başçısı əli ilə jurnalistin kamerasını vurub.
Həmin görüntülərin əks olunduğu videonu sizə təqdim edirik: