Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın prezidenti Ali Koç baş məşqçi təyin olunan Joze Mourinyonun maaşını açıqlayıb.
 
Apasport.az xəbər verir ki, klub prezidenti Joze Mourinyonun bütün komandası ilə birlikdə illik xərcinin 12 milyon avro olduğunu bildirib.
 
Xatırladaq ki, İstanbul nəhəngi portuqaliyalı mütəxəssislə 2+1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl "Benfika", "Porto", "Mançester Yunayted", "Roma", "Çelsi", "İnter" və "Real Madrid" kimi nəhəng klubları çalışdırıb.

Baxış sayı: 15303 | Tarix: 05.06.2024
Bizi Telegramda izləyin: @repostaz