Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.
“Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir.
Biz Fransa hökumətini vəziyyəti təcili olaraq de-eskalasiya etməyə çağırırıq”, - qeyd olunub.