Sabah Bakının Pirallahı rayonunda suyun verilişi məhdudlaşdırılacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən
RePost.Az-a verilən məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
RePost.Az