Digər Xəbərlər
Bu gün İran İslam Respublikasına məxsus vertolyot Xəzər dənizinə düşüb.
REPOST.AZ-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, İran Milli Neft Şirkətinə məxsus vertolyotun göyərtəsində olan 5 nəfər ölüb. Vertolyot Xəzər dənizində İrana məxsus neft platformasından yaralı neftçini xəstəxanaya gətirmək üçün göndərilibmiş.
Xilasedicilər 3 nəfərin cəsədini tapıb, 2 nəfərin cəsədinin axtarışı davam edir. Vertolyotun texniki nasazlıqla əlaqədar qəzaya uğradığı ehtimal edilir.
İlyas Mustafa
REPOST.AZ