Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfər edəcək.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
 
Bildirilib ki, Putin Koreyaya Xalq Demokratik Respublikasında səfəri iyunun 18-19-da baş tutacaq.
 
Kreml Rusiya dövlət başçısının Şimali Koreyadan sonra, iyunun 19-20-də Vyetnama səfər edəcəyini açıqlayıb. Qeyd olunub ki, Xanoyda aparılacaq danışıqların yekunları ilə bağlı birgə bəyanat qəbul olunacaq, ikitərəfli sənədlər imzalanacaq.

Baxış sayı: 12624 | Tarix: 17.06.2024
Bizi Telegramda izləyin: @repostaz