AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə matçda Türkiyə millisinin qollarını vuran Merih Demiral "bozqurd" işarəsi göstərərək sevincini qeyd edib.
 
Bu hərəkətə görə UEFA-nın araşdırma başlatdığı milli futbolçunun cəzası müəyyənləşib. Bu barədə Avropa futbol qurumu məlumat yayıb.
 
Bildirilib ki, türkiyəli futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi, əsas nəzakət qaydalarını pozduğu üçün 2 oyunluq diskvalifikasiya edilib.
 
Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun bu hərəkətinə görə araşdırmaya başlamışdı.

Baxış sayı: 11047 | Tarix: 05.07.2024
Bizi Telegramda izləyin: @repostaz