Azərbaycanın Milli Qəhrəmanı, şəhid Natiq Qasımovun anasına ev verilib.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
 
Fazil Talıbovun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.
 
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Baxış sayı: 6924 | Tarix: 25.07.2024
Bizi Telegramda izləyin: @repostaz