İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları nəticəsində Quba-Xınalıq yolunda uçan körpü ilə bağlı tədbir görülür.
“APA-Economics” xəbər verir ki, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.