Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.
 
Bu barədə APA-ya aktyorun qızı məlumat verib.
 
Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.
 
“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, - qızı əlavə edib.

Baxış sayı: 6145 | Tarix: 05.08.2024
Bizi Telegramda izləyin: @repostaz