Azərbaycan çempionu "Qarabağ" komandası Polşa klubunun qolkiperi ilə razılığa gəlib.
 
Azərbaycan çempionu Polşanın "Stal" klubunda çıxış edən Mateuş Koçalskini transfer etmək istəyir.
 
Ağdam təmsilçisinin 24 yaşlı qolkiperin transferi ilə bağlı onun klubu ilə razılıq əldə etdiyi bildirilir. İddiaya görə, "Qarabağ" Koçalski üçün "Stal"a 1 milyon avro təzminat ödəyəcək.
 
Qeyd edək ki, "Stal" Mateuş Koçalskini 2022-ci ilin yayında Varşava "Legiya"sından transfer edib. Polşa millisinə də dəvət olunan qapıçı Meleç təmsilçisinin heyətində 40 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Baxış sayı: 9679 | Tarix: 12.08.2024
Bizi Telegramda izləyin: @repostaz