Tovuzda müəllim şagirdləri uşaqların gözü qarşısında belə döyür - VİDEO
Şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür. Görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu.
RePost.Az xəbər verir ki, məsələni araşdırmaq üçün Xəzər Tv-nin əməkdaşları həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapıb. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamayıb. Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.
Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.
Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq. Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildrəcəyi deyilib. Gün ərzində əməkdaşımızın cəhdinə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmadı. Nazirlik isə öz növbəsində "məsələni araşdıracağıq” cavabı ilə kifayətlənib.