“3+3” əməkdaşlıq platformasının İstanbulda keçirilən 3-cü görüşünün nəticələrinə dair birgə bəyanat qəbul edilib.
 
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.
 
Qeyd olunub ki, birgə bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfə xüsusi vurğulanıb. Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.
 
“Həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb. Türkiyə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi üçün region ölkələri ilə işləməyə davam edəcək”.

Baxış sayı: 4492 | Tarix: 19.10.2024
Bizi Telegramda izləyin: @repostaz