Ermənistan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün xarici işlər naziri Ararat Mirzoyanın adına dəvət alıb.
Bunu adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O əlavə edib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur.