Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, o, həlledici görüşdə inamlı qələbə əldə edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Əli Əliyevlə yanaşı, daha 2 Azərbaycan boksçusu da qızıl medal qazanıb.
Şahin Mustafayev ( 48 kq) və Nihat Qasımov (50 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.