Bakıda bəzi yollar altı gün bağlı olacaq: 30-dan çox marşrutun hərəkət istiqaməti dəyişdirilir.
 
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Baxış sayı: 5385 | Tarix: 02.11.2024
Bizi Telegramda izləyin: @repostaz