23-24 noyabr tarixilərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Open Tbilisi 2024” beynəlxalq karate turniri keçirilib. 
 
RePost.Az-ın məlumatına görə, yarışda Azərbaycanı  “Atamov” Karate Klubunun idmançıları təmsil edib. 10-11 yaşlıların yarışında 40 kq çəki dərəcəsində tatami üzərinə çıxan Zəhra Əhmədzadə bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şahin Atamovun tələbəsi Gürcüstan, Ermənistan və Qazaxıstanlı idmançıları məğlub edərək Azərbaycan bayrağını ən yüksək zirvədə dalğalandırıb. 
 
 

Baxış sayı: 5765 | Tarix: 26.11.2024
Bizi Telegramda izləyin: @repostaz