Azərbaycanlı müğənni Zahidə Günəş qarət olunub.
RePost.Az xəbər verir ki, bu barədə ifaçının özü apa.tv-nin "Show time" verilişində deyib. O bildirib ki, oğlu ilə birgə avtomobilində əyləşən zaman tanımadığı şəxsin hücumuna məruz qalıb:
"Mən İçərişəhər metrosu tərəfdə yaşayıram. Günün günorta vaxtı maşınımı işə salıb, oğlumla oturmuşdum. Təxminən 1-2 dəqiqə idi ki, maşına əyləşmişdik. Həmin məqamda maşınımın qapısını açıb, çantamı götürüb qaçdılar. Mən də onların arxası ilə qaçdım. Oğlum da ağlayıb, qışqırdı. Oğrunun üzü yadımdadır. Oğru müşahidə kameralarına da düşüb. İndi həmin şəxs axtarışdadır. Videogörüntü artıq məndə də, orqanda da var. Bütün sənədlərim həmin çantanın içində gedib".
RePost.Az