Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 285 manat götürüləcək.
 
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
 
Yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan 285 manata qaldırılır.
 
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat məbləğində proqnozlaşdırılır.
 
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat olub.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Baxış sayı: 4340 | Tarix: 27.11.2024
Bizi Telegramda izləyin: @repostaz