Türkiyə kəşfiyyatı (MİT) Suriyanın Qamışlı bölgəsində PKK/YPG-nin Əsəd rejimindən ələ keçirdiyi silah və sursatı məhv edib.
Rejimin çökməsindən sonra bölgədəki hadisələri yaxından izləyən MİT təşkilatın rejimdən aldığı raket, sursat, ağır silah və tankları PUA-larla məhv edib.
Əməliyyat nəticəsində təşkilatın Əsəd rejimindən ələ keçirdiyi raket, ağır silahlar və başqa sursatların olduğu 12 yük avtomobili, 2 tank və ağır silah və sursatla dolu 2 anbar məhv edilib.
Qeyd edək ki, Türkiyənin illik neft ehtiyacının az qala yarısını hasil etmək gücünə malik olan Qamışlıda mindən çox neft quyusunun olduğu və gündə 350 min barel neft hasil edə biləcəyi bildirilir.