Bakıda silahlı insident olub.
Səbail rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.
Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.