Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı 17 beynəlxalq ekspert tərəfindən araşdırma aparılır.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, 17 nəfərin arasında “Embraer” şirkətindən 2, Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən isə 3 ekspert yer alıb.
Eyni zamanda, ekspertlərdən 6-sı Azərbaycan, ikisi isə Rusiya Federasiyasındandır.
Kanat Bozumbayev tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından da (ICAO) ekspertin gələcəyini əlavə edib.