AYNA-nın parklanma ərazilərində sürücülərə daha bir qanunsuz cərimə tətbiq olunub. 

Bu barədə RePost.Az-a sürücü Sevda Zülfüqarlı məlumat verib. Onun sözlərinə görə, hadisə Bakıxanov qəsəbəsində Sakit Qocayev küçəsindəki 30191 saylı parklanma ərazisnidə baş verib. 

Belə ki, parklanma ərazisində xanım sürücüyə AYNA-nın əməkdaşı yaxılnlaşaraq ona avtomobilini sxlaması üçün yer göstərib. S.Zülfüqarlı isə öz növbəsində mobil tətbiqi açaraq parklanamanı aktivləşdirib. 7 dəqiqə sonra isə ona cərimə olunması haqqında bildiriş gəlib. 

Sevda xanım deyir ki, bildirişi aldıqdan sonra AYNA-nən əməkdaşına yaxınlaşıb səbəbini soruşub. O isə bildirib ki, "mən olmasaydım siz abtomobili düzgün park edən deyildiz". 

Sürücü xanım bu barədə AYNA-nən qaynar xəttinə məlumat versə də cərimə ləğv edilməyib. Görünür AYNA əməkdşaları indi də sürücülərə "torba tikmək" taktikasına başlayıblar.


Baxış sayı: 2782 | Tarix: 31.12.2024
Bizi Telegramda izləyin: @repostaz