İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
 
Bu barədə “Tasnim” məlumat yayıb.
 
Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.
 
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. IRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Baxış sayı: 768 | Tarix: 08.01.2025
Bizi Telegramda izləyin: @repostaz