Su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı Bakının 1,2,3,4,5,6,7,8,9-cu mikrorayonların və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.
 
Bu barədə RePost.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
 
Məlumata görə, axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.
 

Baxış sayı: 2744 | Tarix: 16.01.2025
Bizi Telegramda izləyin: @repostaz