ABŞ Prezidenti Donald Tramp Putinlə yaxın günlərdə əlaqə saxlayacağına ümid etdiyini bildirib.
 
APA xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
 
"Onlar üçün uyğun istənilən vaxtda görüşə bilərik", - Ağ Ev rəhbəri qeyd edib.
 
ABŞ Prezidenti Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını da təsdiqləyib.
 
"Biz bu məsələni nəzərdən keçirəcəyik. Biz Volodimir Zelenski ilə əlaqədəyik. Tezliklə Prezident Putinlə danışacağıq. Görək nə baş verir" - Tramp qeyd edib.

Baxış sayı: 464 | Tarix: 22.01.2025
Bizi Telegramda izləyin: @repostaz