Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı  təsdiq edilib:
 
• Metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur. 
 
• Gələcək planlarda 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi əsas prioritetlərdəndir.
 
• Bakı Metropoliteninin “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq. 2026-cı ilədək tikinti quraşdırma işlərinin tamamlanması təmin ediləcək.
 
• Metroda Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B4−B8 stansiyaları da daxil olmaqla 10 stansiyanın tikintisi nəzərdə tutulur
 
• “Sea Breeze” − Pirşağı tramvay xəttinin çəkilməsi planlaşdırılır
 
• Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur
 
• Güzdək−Qaradağ, Yeni Suraxanı−Hövsan, Zabrat−Maştağa−Bağlar,  Bakıxanov−Binə−Qala xəttləri bərpa ediləcək
 
• 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır
 
• Mehdiabaddan Binəqədinin cənub istiqaməti ilə “28 May” stansiyasına kütləvi sərnişindaşıma həllinin tətbiqi nəzərdə tutulur

Baxış sayı: 369 | Tarix: 30.01.2025
Bizi Telegramda izləyin: @repostaz