Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
 
RePost.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus “UAZ” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4853 | Tarix: 21.04.2017
Bizi Telegramda izləyin: @repostaz