Ağdərənin Həsənriz kəndinə ilk köç olub.
 
Bu gün 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçürülüb. Ailələrə mənzillərin açarları təqdim olunub.
 
Təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri iştirak ediblər.
 
Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata keçirilib.
 
Doğma yurda qayıdan keçmiş məcburi köçkünləi dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
 
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.
 
Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.

Baxış sayı: 5100 | Tarix: 03.03.2025
Bizi Telegramda izləyin: @repostaz