Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur.
 
Bu barədə "APA-Economics"ə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.
 
“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib.
 
Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır:
 
"Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".
 

Baxış sayı: 445 | Tarix: 17.03.2025
Bizi Telegramda izləyin: @repostaz