Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.

Bu barədə Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.

O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:

"İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir (Report).


Baxış sayı: 331 | Tarix: 16.05.2025
Bizi Telegramda izləyin: @repostaz