Azərbaycanın "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük.
 
Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süniintellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”-deyə paylaşımda qeyd edilib.

Baxış sayı: 2003 | Tarix: 08.08.2025
Bizi Telegramda izləyin: @repostaz