"Formula 1" zamanı bəzi məktəblərdə tədris 1 həftə onlayn formada keçiriləcək.
 
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.
 
Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:
 
"Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil".

Baxış sayı: 863 | Tarix: 11.09.2025
Bizi Telegramda izləyin: @repostaz