“Naxçıvanlılardan ermənipərəst imici yaratmaq ən azından şərəfsizlikdir”.
 
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev dünən bir sıra saytlarda haqqında yayılan məlumatların özünə və ailəsinə qarşı həyata keçirilmiş təxribat və qatı cinayət olduğunu bildirib.
 
RePost.Az xəbər verir ki, bununla bağlı açıqlama verən diaspora sədri, son dövrlər Azərbaycanın bir sıra saytlarında Ukrayna diasporunun tanınmış simalarına qarşı sifarişli şər və böhtan kompaniyasının aparıldığını deyib:
 
“Çox maraqlıdır, indiyədək mediada şər və böhtana məruz qalan soydaşlarımızın əksəriyyəti erməni vandalizminə qarşı kəskin mübarizə aparan , xüsusən də hər il Xocalı soyqrımı zamanı ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarının önündə gedən insanlardır. Mən dəhşətə gəlirəm. Görəsən , Azərbaycanda müvafiq orqanlar hara baxır? Niyə susurlar? Həqiqətənmi ölkəmizdə bu qədər media hərcmərcliyi hökm sürür.  Ötən il dünya Azərbaycanlılarının IV qurultayında möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişəm. Bu il fevral ayının 27də isə  Amsderdamda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişəm. Son 3-4 ayda Azərbaycan mediasında haqqımızda olmayan şər-böhtan kompaniyası aparılır. Nə yazdılar dedik ötüb keçər. Fikir verin, görün nə qədər harınlayıblar?”.
 
 
“Bunu mən və Qurban Abbasovun bu il aprel ayının 24-də ermənilərin qondarma soyqrım tədbirində iştirakı kimi təqdim ediblər. Bu bir başa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu şərəfsizlər qırmızı xətti keçdilər. Mən bu saytların haqqımızda ermənipərəst imici yaratmasını bir mənalı olaraq özümüzə, ailəmizə və doğulub boya başa çatdığımız doğma Naxçıvanımızın adına yaxılan qara ləkə kimi qiymətləndirirəm və buradan bu məlumatı məqsədyönlü şəkildə sifariş verib yazdıran alçaqlara səslənmək istəyirəm. Naxçıvanlılardan ermənipərəst imici yaratmaq ən azından şərəfsizlikdir. Qurban Abbasov Ukraynanın xalq artistidir. Onunla bağlı həm bir yerli , həm  də bir qeyrətli Azərbaycanlı kimi fəxr edirəm. Mən bu yazını yazanları və onun arxasında duran dələduzları çox yaxşı tanıyıram. Kimin ermənipərəst, kimin isə əsl vətənpərvər olmasını isə məhkəmə vasitəsi ilə ayırd edərik. Mən bu yazılarla bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etmişəm".
 
Xatırladaq ki, dünən Azərbaycanın bir sıra saytları  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədrinin və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri ,Ukraynanın xalq artist Qurban Abbasovun  Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatıldığını iddia ediblər. 
 
RePost.Az
 

Baxış sayı: 3903 | Tarix: 03.05.2017
Bizi Telegramda izləyin: @repostaz