Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.
 
“Report” məlumatına görə hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.
 
İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
 
Avtobusun yanması nəticəsində xəsarət alan sərnişinlərdən bəzilərinin adları məlumdur. İstipress xəbər verir ki, onlar Siləvəngə və Əliqasımlı kənd sakinləridir:
 
Günəş və Ülfət Mahmudlu bacıları
 
Tünzalə Hüseynağa qızı Fərəcova
 
Könül Mirzəyeva
 
Mələk Fəxrəddin qızı Rəhimova
 
Rəvanə Elşad qızı Abbasova
 
Xuraman Zakir qızı Ağışova
 
Nəzrin İntiqam qızı Qəhrəmanova
 
Elnarə Malik qızı Əhmədova
 
Ən son məlumatlara görə, mikroavtobusda olan 25 nəfər sərnişin yanıq xəsarəti ilə xəstəxanalara gətirilib. Yananların əksəriyyəti sahəyə işləməyə gedən fəhlələrdir.


Baxış sayı: 4321 | Tarix: 04.05.2017
Bizi Telegramda izləyin: @repostaz