Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Suraxanı yol ayrıcından Suraxanı dairəsinədək olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsi) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
 

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək.
 

Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

 


Baxış sayı: 2668 | Tarix: 08.05.2017
Bizi Telegramda izləyin: @repostaz