Mayın 10-da Bakı  və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

 

Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.


Baxış sayı: 2022 | Tarix: 09.05.2017
Bizi Telegramda izləyin: @repostaz