Bakıda Heydər Əliyev prospektinin sol hərəkət hissəsində, yəni üzü "Koroğlu" metro stansiyasına gedərkən əsas yoldan köməkçi yola çıxan hissəsində sürücülərin kütləvi qayda pozması barədə avtosfer.az-a şikayət daxil olub.
RePost.Az xəbər verir ki, oxucu tərəfindən sözügedən sayta göndərilən videoda da aydın şəkildə görünür ki, prospektin sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə keçmək üçün yaradılan ayırıcı zolağın kəsiyində sürücülər sağ zolaqdan dönmək əvəzinə ikinci cərgə yaradaraq orta zolaqdan sağa dönürlər.
Belə olan halda həm sol hərəkət hissəsində tıxac və maneə yaranır, həm də dönmə yerində sıxlıq meydana gəlir. Üstəlik, ikinci zolaqdan dönməyə çalışanlar digər sürücülərə qəza vəziyyəti yaradırlar. Bu halda onları cərimə də gözləyir.