Azərbaycan toylarının bəzəyi, sazı başı üzərində fırladaraq ifa edən Aşıq Mübariz adam vurub.
RePost.Az Yeniçağ.az-a istinadən xəbər verir ki, Odessada toyda olan aşıq vurduğu kişinin qohumları olan "vor-zakonlar” tərəfindən girov götürülüb. Hadisə ilə bağlı aşıqla çətinliklə də olsa əlaqə yarada bildik və o, xəbəri təsdiqlədi:
"Bu barədə nə tez xəbər tutdunuz? Özüm hələ o günün dəhşətindən ayılmamışam. Şənbə günü toyda idim, sazı başımda fırladanda yanımdakı kişiyə dəydi. Arxada dayandığı üçün onu görməmişdim. Kişi ağridan huşunu itirdi. Tez onu məclisdən çıxardıb, təcili yardım maşını çağırdılar.
Ev yiyəsinin qohumu idi, həkim gələnə qədər onu özünə gətirə bilmədilər. Bir də gördüm ki, kişinin "vor-zakon” qohumları məni dartıb, direktorun otağına apardılar. Stulda oturdub, tapançanı başıma dirədilər. Dedilər, kişi özünə gəlməsə, qanın getdi. Allaha yalvardım ki, İlahi, möcüzə yarat, qürbətdə bunların əlində ölməyim. Allah üzümə baxdı, kişi özünə gəldi. Qorxudan ayaqlarım tutulmuşdu. Keçirtdiyim o stresdən sonra necə özümə gələcəm, bilmirəm”.
RePost.Az