Dünyanın ən məşhur müğənnilərindən biri, "Soundgarden" qrupunun lideri Kris Kornell intihar edib.

K.Kornell qranj janrında çalışırdı.

RePost.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Miçiqan ştatının Ueyn dairəsinin məhkəmə-tibb ekspertiza bürosunun qərarı belədir.

"Cənab Kornellinin cəsədinin yarılmasının ilkin nəticələri artıq hazırdır. Tam hesabat sabah açıqlanacaq", - büronun açıqlamasında deyilir.

52 yaşlı Kris Kornellin cəsədi Detroyt şəhərindəki "MGM Grand" kazinosunun otelindəki nömrəsində, vanna otağında tapılıb.

Onun intiharı ailə üzvləri, yaxınları və tanışları üçün gözlənilməz olub.

"Soundgarden" və "Audioslave" qruplarının vokalisti kimi tanınan K.Kornell bir neçə solo albom da buraxıb. Xeyriyyəçiliklə məşğul olan K.Kornell "Chris and Vicky Cornell Foundation"un banisi və rəhbəri idi. Fond evsiz-eşiksiz, yoxsul, qəddarlıq və ya valideyn laqeydliyi ilə qarşılaşmış uşaqlara yardım edir.

Dünyanın ən məşhur rok-sənətçilərindən olan K.Kornell "Soundgarden" qrupunu 1984-cü ildə Sietl şəhərində yaratmışdı. "Saundgarden" məşhur "Sietl dalğası"na şamil edilən "Nirvana", "Alice in Chains" və "Pearl Jam" qrupları ilə bir sırada idi.

"Soundgarden" dağılandan sonra Kornell solo albomlarını yazdırmış, sonra "Audioslave" qrupunun vokalisti olmuşdu.

 

K.Kornellin ən məşhur mahnılarından biri "You know my name" idi.

O, illər sonra "Soundgarden" qrupunun bərpa etmişdi.

Srağagün də "Soundgarden" Detroytda konsert verib.

Bu ilin fevralında Şimali Amerika turnesinə çıxmış qrup mayın sonunadək Ohayo, Missuri, Kolorado, Texas və Oklahoma ştatlarında da çıxış etməli idi.

 

Baxış sayı: 4606 | Tarix: 19.05.2017
Bizi Telegramda izləyin: @repostaz