Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. Lent.az xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun "Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb.

Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.
 
Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.
 
 

Baxış sayı: 4340 | Tarix: 19.05.2017
Bizi Telegramda izləyin: @repostaz