Azərbaycanda ər-arvadı şantaj edib onlardan külli miqdarda pul alan şəxslərlə bağlı maraqlı faktlar üzə çıxıb.
 
RePost.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Saray qəsəbə sakini Nizami Cəfərov bir neçə il əvvəl tanış olduğu 40 yaşlı Aygün Sultanovanı (ad-soyad şərtidir) şantaj edərək, ondan 2012-ci ildən bu günədək ümumilikdə 31 min manat alıb. O, həmin qadını yazışmaları və açıq-saçıq görüntüləri ilə şantaj edib və müxtəlif şəxsləri qadınla görüşdürərək, ona pul yollamasını tələb edib. Bu işdə N.Cəfərova dostu Kamil Muxtarov da kömək edib və pulların alınmasında iştirak edib.
 
Artıq tələb edilən pulları ödəyə bilməyən qadın həmin şəxslərdən ondan əl çəkməsini tələb edib. Şantajçılar isə qadının şəkillərini yayacaqlarını, uşaqlarının oxuduğu məktəbdə onu biabır edəcəklərini deyiblər. Aygün Sultanova artıq həyat yoldaşına bu barədə məlumat vermək qərarına gəlib. O, bir müddət N.Cəfərovla gizli sevgi münasibətində olduğunu, lakin onunla heç vaxt görüşmədiyini deyib. Bundan sonra onlar birgə polisə müraciət ediblər.
 
Saxlanılan şəxs isə həmin qadınla dəfələrlə görüşdüyünü və əlində yazışmaların olduğunu deyib. Qadın isə görüş iddiasını rədd edib.
 
Faktla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.
 
RePost.Az 

Baxış sayı: 4701 | Tarix: 22.05.2017
Bizi Telegramda izləyin: @repostaz