Azərbaycanda "Formula 1” yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.

RePost.Az xəbər verir ki, müraciətdə bu gün gecə saatlarına qədər Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacağı bildirilir.
 
Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Baxış sayı: 3770 | Tarix: 24.05.2017
Bizi Telegramda izləyin: @repostaz