Bakıda gecə klubunda kütləvi dava düşüb.
RePost.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunda 5 nəfər arasında dava düşüb. Nəticədə 1978-ci il təvəllüdlü, Səudiyyə Ərəbistanı vətəndaşı Dheyyaa Əli Əbdülhüsseyn əl-Omairi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
RePost.Az