Bu gün  "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.
 
RePost.Az-ın məlumatına görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub. Eniş zamanı xəsarət alan olmayıb. Həmçinin hava gəmisinin də zərər görmədiyi bildirilir. "Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin sıradan çıxması səbəb olub.
 
Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.
 
Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.
 
RePost.Az

Baxış sayı: 4359 | Tarix: 27.05.2017
Bizi Telegramda izləyin: @repostaz