Bir neçə il bundan öncə müntəzəm olaraq yerli seriallara çəkilən müğənni Roza Zərgərli son vaxtlar filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb.
RePost.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni Türkiyə və digər ölkələrdə filmə çəkilmək arzusunda olduğunu bildirib:
"Əvvəllər mütəmadi olaraq seriallara çəkilmişəm. İki ildir ki, aktrisa kimi görünmürəm. Keyfiyyətli filmlərə dəvət alsam, çəkilərəm. Əlbəttə ki, alacağım qonorar da məni maraqlandırır. Amma son vaxtlar xarici ölkələrdə filmlərə çəkilmək istəyirəm. Əgər yüksək qonorar təklif etsələr, erotik filmə də çəkilməyə razılıq verərəm.
Amma bir şərtlə ki, filmin ssenarisi bunu tələb etsin. Bayağı bir film olmasın. Türkiyədə məni "Kösəm" filminə dəvət etmişdilər, ərim çəkilməyə qoymadı. Ən böyük arzum italyan ulduzu Adriano Çelentano ilə filmə çəkilməkdir. Onun vurğunuyam, çəkildiyi filmləri sevə-sevə izləyirəm. Çox arzulayıram ki, hansısa bir filmdə onunla tərəf müqabili olum, filmdə onunla sevgi yaşayım".
Qeyd edək ki, R. Zərgərli "Qisas", "Tək olanda qorxma" və digər filmlərdə rol alıb.
RePost.Az