Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını maşın vurub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.
 
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 3485 | Tarix: 01.06.2017
Bizi Telegramda izləyin: @repostaz