Xəbər verildiyi kimi Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb. Prezidentin imzaladığı sərəncamla təsdiqlənən yeni struktura əsasən Administrasiyada vəzifəsini itirənlər arasında prezidentin köməkçisi Tariyel Ağayev də var. Onun yerinə Cəmilə Abbasova təyin edilib.
 
Habelə İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev yeni strukturda yer almayıblar. Mail Rəhimov uzun illərdir Administrasiyada işləyirdi. Məhərrəm Əliyev isə 2012-ci ildə həmin vəzifəyə təyin olunmuşdu.
 

Baxış sayı: 4055 | Tarix: 01.06.2017
Bizi Telegramda izləyin: @repostaz