Bakıda sərnişinin döydüyü cibgir təcridxanada ölüb – VİDEO
Bakıda istintaq təcridxanasında təqsirləndirilən şəxs ölüb.
RePost.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib.
Belə ki, vərəm xəstəliyindən əziyyət çəkən 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğlu təcridxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dünyasını dəyişmiş Fəxrəddin Məlikov bir həftə əvvəl - mayın 24-də Bakı şəhəri, Sabunçu rayonunda cibgirlik edərkən saxlanılıb.
O, 107 saylı sərnişin avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibindən pul oğurlayarkən tutulub. S.Tağıyev onu döyüb. Vətəndaşlar F.Məlikovu polis əməkdaşlarına təhvil verib.